COVİD-19 İŞBAZLARA, QULDURLARA QAZANC GƏTİRİR

COVİD-19 İŞBAZLARA, QULDURLARA QAZANC GƏTİRİR

14.12.2020 Off By Füzuli İsmayılov

Son vaxtlar dünyanı amansızcasına ağuşuna alan COVİD-19 pandemiyası bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da bəzi insan taleyi ilə oynayan dərman alverçilərinə əsl qazanc gətirən mənbəyə çevrilib. Televiziya və müvafiq orqanların iştirakı ilə kamera qarşısında danışan apteklərin demək olar ki, 80-90 faizində olmuşuq. Xəstəmizin ağır vəziyyətdə olduğunu bildirsək də, ötən həftənin cümə və şənbə günləri nə kliksan, nə də vacib olan oksigen yoxa çıxmışdı. Xəstəxanaların heç birində yer yox idi, təcili yardım zənglərə cavab vermir və ya çağırışa gəlməyə mümkünsüz olduğunu bildirirdilər. Həkim yoxdur, fövqəladə vəziyyət yaranıb deyənlər, televiziya kamerasına cürbəcür yalanlarla insanların şikayətlərini təkzib edir, guya hər bir dərmanın apteklərdə öz qiymətinə satıldığını deyirlər.

İnanırıq ki, DTX bu cür möhtəkirləri tez bir zamanda ifşa edərək ictimaiyyət qarşısında ifça edəcək və bu insanların burnundan belə vəziyyətdə əldə etdikləri haram qazancı onlara qusduracaq.

Bunlar ölkədə xaos yaratmağa can atan əsl antidövlət siyasətini həyata keçirmək istəyən canilər, düşmənlərdir. Bu işdə mətbuat da dövlətə, xalqa yardım etməli, ikiüzlülüyə yol verməməlidir. Nazirlər Kabinetinin qaynar xəttində bir neçə telefon xətti olsa və bu qaynar xəttə bir qədər rahat düşmək mümkün olsa, mənə elə gəlir ki, pandemiyanın qarşısını almaq bir qədər asanlaşacaq. Əks təqdirdə dövlətin pandemiyaya qarşı apardığı mübarizənin effektivliyi azala və ya mənasız ola bilər.

Füzuli Əfqanoğlu,

“Hakimiyyət” qəzetinin Baş redaktoru

Share