Cəlilabadda gecə saatlarında ölümlə nəticələnən yanğın hadisəsi baş verib-VİDEO

Cəlilabadda gecə saatlarında ölümlə nəticələnən yanğın hadisəsi baş verib-VİDEO

14.12.2020 Off By Füzuli İsmayılov

Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə gecə yarı 02.30 radələrində rayonun “Azərbaycan” küçəsində Hətəmova Nubar Ələkbər qızına məxsus ümumi sahəsi 84 kv. metr olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN- nin Cəlilabad Rayon Yangındanmühafizə hissəsinin iki yangın söndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Evin iki otağı və bir aynabəndi yangından xilas edilsə də, evdə tənha yaşayan 1939 -cu il təvəllüdlü Hətəmova Nubar Ələkbər qızı yangın zamanı dünyasını dəyişib. İlkin versiyaya əsasən hadisənin elektrik xəttlərində  qısa qapanmadan baş verdiyi ehtimal olunur.

Faktla baglı araşdırmalar aparılır.

Rəşad Əkbəroğlu,

“Hakimiyyət” qəzetinin bölgə üzrə xüsusi müxbiri

Share