Pakistan ordusu sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb

Pakistan ordusu sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb

06.04.2026 Off By Füzuli İsmayılov

Pakistan Silahlı Qüvvələri Əfqanıstan qüvvələrinin sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb və nəticədə 37 Əfqanıstan əsgəri həlak olub.

Trend-in məlumatına görə, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, toqquşmalar aprelin 2-dən 3-nə keçən gecə Xayber Paxtunxva vilayətinin Qulam-Xan rayonunda baş verib. 80-dən çox Əfqan əsgəri yaralanıb. A.Tarar Pakistan tərəfindən itki sayını açıqlamayıb.

Nazir bildirib ki, fevral ayının sonlarında münaqişənin şiddətlənməsindən bəri Kabildə ən azı 796 əsgər həlak olub, 1043-dən çox əsgər yaralanıb.

Share