BİZ BİZ OLURUQ, SƏHV DÜŞƏNDƏ YERİMİZ

BİZ BİZ OLURUQ, SƏHV DÜŞƏNDƏ YERİMİZ

28.03.2026 Off By Füzuli İsmayılov

Əlbəttə, başlığa baxanda bizim hansı bizdən olduğumuzu soruşmaq istəyənlər, ümumiyyətlə bizim biz yox, əslində dünyanın siyasi çapında paz olduğumuzu deyənlər də az deyil.

Görürsən ki, mühəndis çevrilib jurnalist olur, zoobaytar qəzet redaktoru, kosmetoloq tanınmış həkim, jurnalist isə hərbi mütəxəssis olanda buna deyirlər əsl paz. Günümüzə dünya təəccüblənməsin, neyləsin. Sən demə Bakıya nə qədər müsəlman yerləşibsə, bir o qədər də antimüsəlman yerləşdirilib. Yəni heç vaxt bizim müsəlmançılığa etibarımız olmadığından yanımıza xristian, budist, bir sözlə, yarıyayarı anti müsəlman yerləşdirmişik ki, lazım olanda istifadə edək. Yəni biz indikilərin diliylə desək, tolerant olmuşuq. Məqsəd isə bir olub: ara qarışanda biz də sizdənik deyib özümüzü gizlədə bilək. Burada yenə də rəhmətlik Mirzə Ələkbər Sabir yada düşür: Harda müsəlman görürəm qorxuram. Günün reallığına çevrilmiş dönmə müsəlmanlar həqiqi müsəlmanların zəiflədildiyini görəndə yağışdan sonra cücərən göbələklər kimi baş qaldırır. Bizim geridə qalmış savadsız və səbatsız müsəlman əhli də qoşulurbunlara, yəni “mövqeləşdirilmiş” əslizadlara, yəni müsəlman cildinə girmiş antimüsəlmanlara. Bəs bu antiləri həqiqilərdən necə seçmək olmasını bilmək istəyən varmı? Varsa, buyurub şərhlərinizi bildirməklə onların adlarını, xüsusiyyətlərini və gizli simalarını açıqlayıb sizlərə təqdim edək. Buyurun, necə deyərlər, bu meydan, bu da Şeytan!

Füzuli Əfqanoğlu

Share