Ptriarx II İlyanın nəşi Patriarxlıqdan Müqəddəs Üçlük Kafedralına aparılıb
18.03.2026Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəs və Əlahəzrət II İliya Patriarx vəzifəsindən azad edilib.
II İlyanın cənazəsi Patriarxlıqdan Üçlük Kafedralına aparılır. Bununla əlaqədar yürüş keçirilir. Müxtəlif iyerarxiyaların ruhaniləri, rahiblər və rahibələr, həmçinin Gürcüstan parlamentinin sədri, deputatlar və hökumət üzvləri də yürüşdə iştirak edirlər.
Üçlük Kafedralında II İlya ilə vida mərasimi olacaq və o, martın 22-də dəfn ediləcək.
Xatırladaq ki, 93 yaşında vəfat edən II İliyanın ölümü ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi











