Pakistan İslamabad məscidinə hücumun təşkilatçısını saxlayıb

Pakistan İslamabad məscidinə hücumun təşkilatçısını saxlayıb

07.02.2026 Off By Füzuli İsmayılov

Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad məscidinə hücumun təşkilatçısını həbs edib. Əməliyyat zamanı onunla əlbir olan daha üç nəfər də saxlanılıb.

Məlumata görə, cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata keçirilib. Əməliyyat zamanı bir təhlükəsizlik işçisi həlak olub, daha üç nəfər isə yaralanıb.

Share