Evdən 10 min manatlıq cehizlik əşyaları oğurlayıb
07.02.2026Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Bu barədə zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.











