ADU tələbələri Zəfər Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər
08.11.2025Hakimiyyet.info.az xəbər verir ki, noyabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Abbas Əliyevin rəhbərliyi ilə 192R qrupunun tələbələri Zəfər Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya ediblər.
Ekskursiyanın məqsədi tələbələrdə milli tarixə marağın artırılması, Azərbaycan xalqının müstəqillik və dövlətçilik uğrunda apardığı mübarizənin daha dərindən öyrənilməsi, həmçinin Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyətinin aşılanması olub.



Tələbələr muzeydə nümayiş etdirilən sənədlər, fotoşəkillər və tarixi eksponatlarla tanış olaraq Azərbaycanın istiqlal mübarizəsinin mühüm mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya zamanı Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin xatirəsi dərin ehtiramla anılıb.











