Qarabağ Universitetinin dekanı Çində keçirilən VI Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında iştirak edib

Qarabağ Universitetinin dekanı Çində keçirilən VI Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında iştirak edib

06.11.2025 Off By Füzuli İsmayılov

Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə Çin Xalq Respublikasında Zheijang Konservatoriyasında keçirilən VI Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında iştirak edib.

Festival zamanı bəstəkarın əsərləri Hangzhou Dövlət Filarmonik Orkestri (dirijor: Kyle Pickett, ABŞ) və Moskva Müasir Musiqi Ansamblı tərəfindən səsləndirilib.

Türkər Qasımzadə, həmçinin Artinno Awards kamera operası müsabiqəsinin final mərhələsində münsiflər heyətinin üzvü qismində çıxış edib. Onun Zheijang Konservatoriyasının tələbələri üçün keçirdiyi məruzə böyük maraqla qarşılanıb.

Məruzə zamanı və festivalın açılış mərasimindəki nitqində T.Qasımzadə Qarabağ Universiteti haqqında ətraflı məlumat verib, universitetin tarixi, beynəlxalq əməkdaşlıq istiqamətləri və mədəni inteqrasiya sahəsindəki fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, səfər çərçivəsində keçirilən məhsuldar görüşlər Azərbaycan və Çin musiqi mühitləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.

Qarabağ Universiteti

İctimaiyyətlə əlaqələr şöbəsi

Share