“Eternity – 2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Eternity – 2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

24.10.2025 Off By Füzuli İsmayılov

Müdafiə Nazirliyindən Hakimiyyet.info.az-a bildiriblər ki, Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. 

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər. 
Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Üçtərəfli “Eternity – 2025” kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Share