Polşa NATO-nun əməliyyatı çərçivəsində xarici hərbçilərin ölkədə qalmasına icazə verib

Polşa NATO-nun əməliyyatı çərçivəsində xarici hərbçilərin ölkədə qalmasına icazə verib

14.09.2025 Off By Füzuli İsmayılov

Polşa prezidenti Karol Navrotski NATO-nun şərq cinahında alyansın həyata keçirdiyi “Eastern Sentry” hava məkanının müdafiə əməliyyatı ilə əlaqədar xarici qoşunların ölkədə qalmasına icazə verən qərar imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu “X” sosial şəbəkəsində yazlb.

“Polşa Respublikasının Prezidenti Karol Navrotski “Eastern Sentry” əməliyyatı çərçivəsində NATO-ya üzv dövlətlərin xarici qoşunlarının Polşaya əlavə olaraq Polşa Respublikası ərazisində olmasına razılığını ifadə edən qərar imzalayıb”, – deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Eastern Sentry” əməliyyatına başladığını elan edib.

Share