İsrail xüsusi təyinatlılıarı Suriya paytaxtı yaxınlığında əməliyyat keçirib

İsrail xüsusi təyinatlılıarı Suriya paytaxtı yaxınlığında əməliyyat keçirib

04.07.2025 Off By Füzuli İsmayılov

İsrail hərbçiləri Suriyanın Dəməşq şəhərindən 10 kilometr aralıda yerləşən Yafur yaşayış məntəqəsində 3 helikopterlə hərbi əməliyyat həyata keçirib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyat təxminən beş saat davam edib. İsrail xüsusi təyinatlıları Dəməşqin yaxınlığındakı Yafur rayonuna desant yeridiblər. Yafur paytaxtdan təxminən 10 kilometr məsafədə yerləşir. İsrail qüvvələrinin əməliyyatdakı əsas hədəfi əvvəlcə Suriyanın Respublika Qvardiyasına məxsus baza olub.

Əməliyyat başa çatdıqdan dərhal sonra İsrail hərbçiləri Suriyanın ərazisini tərk ediblər.

Əməliyyatın təfərrüatları barədə əlavə məlumat verilmir.

Share