Gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.

Gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.

03.07.2025 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, iyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.

Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə gənclərlə səmimi söhbət aparan nazir Fərid Qayıbov onların fikir və təkliflərini dinləyib, müxtəlif mövzularla bağlı suallarını cavablandırıb. Nazir gənclərin ictimai fəallığının artırılmasının və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarının vacibliyini vurğulayıb.

Tədbirdə gənclərlə karyera planlaması, təhsil imkanları, şəxsi və peşəkar inkişaf mövzularında müzakirələr aparılıb.

Share