İsrail ordusu sığınacaqlar barədə yeni xəbərdarlıq yayıb

İsrail ordusu sığınacaqlar barədə yeni xəbərdarlıq yayıb

14.06.2025 Off By Füzuli İsmayılov

İsrail ordusunun arxa komandanlığı ölkə ərazisindəki vətəndaşlara sığınacaqları tərk edə biləcəkləri barədə xəbərdarlıq edib.

Hakimiyyet.info.az bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qərarın əməliyyat şəraitinin qiymətləndirilməsindən sonra qəbul edildiyi bildirilib. Eyni zamanda, ordu vətəndaşlara növbəti dəfə həyəcan siqnalı verildiyi halda sığınacaqlara yaxın ərazidə qalmağı tövsiyə edib.

Share