Bəndər Abbasda baş verən partlayışda ölənlərin sayı 40-a çatıb

Bəndər Abbasda baş verən partlayışda ölənlərin sayı 40-a çatıb

27.04.2025 Off By Füzuli İsmayılov

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayışın qurbanlarının sayı artıb.

Əyalətin qubernatoru Məhəmməd Aşuri son açıqlamasında hadisə nəticəsində 40 nəfərin həyatını itirdiyini bildirib.

Bundan əvvəl İran rəsmiləri və yerli media 36 nəfərin öldüyünü və 1241 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlamışdı.

Share