Türkiyə Hələbdə davam edən qarşıdurmalara qarışmır
30.11.2024Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin Hələbdə davam edən qarşıdurmalara qarışmadığını bildirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, TRT World Forumunda çıxışı zamanı deyib. Nazir Suriya sərhədində lazımi tədbirlərin görüldüyünü vurğulayıb: “Yeni miqrant dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”.











