ZƏHLƏTÖKƏNDƏN “TƏRBİYƏ” DƏRSİ
17.10.2024Azərbaycan Dillər Universitetinin rektoru Akademik Kamal Abdullayev haqqında bütün günü elm adamı kimi özünü FB səhifəsində cəmiyyətə sırımağa çalışan “profeessor” Həbib Zərbəliyevin daxilinə sanki civə yeridilib.
Gecəsini gündüzə qatararaq paxıl xislətindən yata bilməyib bütün gecə boyu Akademik Kamal Abdullayevə qarşı böhtanlar yazmaqla “həzz alan” xudpəsənt Həbib Zərbəliyev ona məxsus soyadını yəqin ki, “Zorbəliyev” etmək fikrinə düşüb. Bu vücudun “dilçi alim kimi” hansı dilə, məshəbə, əqidəyə qulluq etdiyini belə dərk etmək çətindir.. İşi-gücü elmdən başqa hər şeylə məşğul olmağa yönəlmiş, təkrar-təkrar yalan və saxta məlumatları fb səhifəsində dərc etməklə insanlığa sığmayan şəkildə yazmaq xəstə təxəyyülün bariz nümunəsidir.
Maraqlıdır ki, özünü Həbib Zərbəliyevin səviyyəsinə endirmək istəməyən, həqiqətən ADU-nun uğurlarına çalışan, yeni nəslin Azərbaycan elmi, siyasi elitası üçün yetişdirilməsinə xidmətdə görən Akademik Kamal Abdullayevin ona cavab verməməsindən daha da qəzəblənərək böhtanlar, təhqirlər yazmaqdan “ləzzət alan” bu məxluq haqqında nə üçün tibbi müayinə keçirilərək onun hansı xəstəlikdən əziyyət çəkilməsi aşkar edilərək müalicəyə göndərilmir? Bunun nəyə, kimə xidmət etməsi də təəccüb doğurur. Burada ataların dilində məşhur olan bir şer yadıma düşdü:
…Əkərsən çuğundur, bitərsə şəkər,
Əsli korlananlar nəslinə çəkər…
Əvvəlki yazılarıma görə məni məhkəməyə verməklə susdurmağı düşünən, yazılarındakı yalan və iftiralara görə xəcalət çəkmək əvəzinə bu “qaloş” məni məhkəməyə verir. ADU-da çalışan kollektivə, oranı bitirən tələbələrə şər, böhtan atmaq əvəzinə yaxşı olardı ki, qızı və özü barəsində yazdıqlarıma fb səhifəsində açıqlama gətirəydi. Buna isə cəsarət, hünər lazımdır. Həbib Zərbəliyev isə bu cəsarəti insanlara iftira atmaqda, şantajda görür. Gah Prezident Administrasiyasının şöbə müdiri Fərəh xanım Əliyevaya, gah Elm və Təhsil Nazirliyinə, gah da Akademik Kamal Abdullayevə, onun köməkçisi Coşqun Dadaşova təhqir dolu qisasçı yazılarıyla özünə imic qazanmaq istəyir. Tüpürəsən belə imicə, yaşayışa!
Fb səhifəsində zəhlətökən Həbib Zərbəliyev: – ömrünün sonudur, – deyə boşböğazlığından əl çəkmir. Əlbəttə, ADU-da Kamal Abdullayevin yanında çalışan xəfiyyələrinin vasitəsilə məlumatların dəqiq anlarını göstərib təhrif etməklə universiteti, Azərbaycanin təhsil ocaqlarını gözdən salmağa çalışan Həbib Zərbəliyevin hansı qüvvələrə xidmət etməsini araşdırmalı olan orqanlar hələ yatmaqda davam edir. Düşünürəm ki, Həbib Zərbəliyevdən alət kimi istifadə edənləri ifşa etməyin vaxtı çoxdan çatıb. Tərcüməyi halında ailəsi barədə dəqiq məlumat verməyən alimciyəz bu xalqa zəhlə tökməklə “tərbiyə” dərsi keçir, ancaq müvafiq qurumlar susur. Görəsən niyə? Niyəsini açıqlamağı tələb etməkdə biz də israrlıyıq.
Füzuli İsmayılov











