Tovuzda dönərdən zəhərlənmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

Tovuzda dönərdən zəhərlənmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

17.10.2024 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Share