Fransada güclü yanğın: ölənlər var
18.07.2024Fransada güclü yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, Nitsa şəhərində baş verən yanğında 7 nəfər həyatını itirib.
Yanğın gecə saatlarında yaşayış binasının yeddinci mərtəbəsində başlayıb.
Yanğınsöndürənlər hadisəyə vaxtında müdaxilə etsələr də, alovu səhərə yaxın ram etmək mümkün olub.
Binanın sakinləri təxliyə ediliblər.











