Birinci Qarabağ müharibəsi şəhidi Aydın Qurbanov dəfn edildi

18.07.2024 Off By Füzuli İsmayılov

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun nəşinin qalıqları dəfn olunub.

Trend xəbər verir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.

Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, şəhid Qurbanov Aydın Əsədulla oğlu 12 yanvar 1967-ci ildə anadan olub. Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayıb. Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

Birinci Qarabağ müharibəsi şəhidi Aydın Qurbanov dəfn edildi (FOTO) (YENİLƏNİB)

Share