“Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb

“Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb

16.05.2024 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, yanğın məşhur “Ag çiçəyim” gül salonunda baş verib.

Share