KAMİLLƏŞƏ BİLMƏYƏN “DİLÇİ” ALİM-HƏBİB ZƏRBƏLİYEV

KAMİLLƏŞƏ BİLMƏYƏN “DİLÇİ” ALİM-HƏBİB ZƏRBƏLİYEV

16.02.2024 Off By Füzuli İsmayılov

İnsanın şərəfi və ləyaqəti haqqında mülahizələr hələ eramızdan əvvəlki filosofları da düşündürmüşdür. Bu anlamda, şərəf və ləyaqət kateqoriyaları konkret hüquqi məzmuna malik olan leqal anlayışlara çevrilməzdən cox əvvəllər artıq fəlsəfi kateqoriyalar kimi insanların təfəkküründə yer almışdır.

Ləyaqət, vicdanla yanaşı, insanın cəmiyyət qarşısında öz borcunu və məsuliyyətini dərk edib, başa düşməsi xüsusiyyətlərindən biridir. Fəlsəfi mənada, şəxsiyyətin ləyaqəti həmçinin ətrafdakı adamlar və bütövlükdə cəmiyyət tərəfindən ona göstərilən münasibəti, hörməti, onun hüquqlarının etiraf edilməsini və digər tələbləri özündə ehtiva edir. Hər iki halda ləyaqət şəxsiyyətin sosial və əxlaqi azadlığının mühüm tərəfi kimi çıxış edir. Şərəf, eləcə də ləyaqət insanın davranışını və başqalarının ona münasibətini müvafiq şəkildə tənzimləyir.

Ləyaqətdən fərqli olaraq, şərəf bütün insanların əxlaqca bərabərliyi prinsipinə deyil, onların fərqli qiymətləndirilməli olması (şəxsin sosial, sinfi, milli, ixtisas vəziyyətindən, işlədiyi kollektivdən, qazandığı etibardan asılı olaraq və s.) prinsipinə əsaslanır. Pedaqogika üzrə fəlsəfə doktoru Elza Mollayeva qeyd edir ki: “Şərəf anlayışı mənəvi anlayış olub, insanın və onun fəaliyyətinin xalq, millət, cəmiyyət tərəfindən bəyənilməsini, təsdiq edilməsini, qəbul olunub qiymətləndirilməsini göstərir”

Feysbuk sosial hesabında ətrafına düşündüyü kimiləri yığaraq paylaşdıqlarını bəyəndirən Həbib Zərbəliyevin yuxarıda sadaladığım şərəf və ləyaqət anlayışından bixəbərdir desəm, təəccüblənməyin. Çünki özünün kamala çatmadığından indi Kamal adına rast gələrkən allergik xəstəliyə mübtəla olması insanı riqqətə gətirir. İşlədiyi yerlərdən biabırçı şəkildə qovulması, kollektivin müraciətlərindən açıq-aydın görünür ki, Həbib Zərbəliyevin düşüncəsi, cəmiyyət arasında özünü qeyri-normal aparması sovet dövründə “detdom” uşaqlarının davranışından başqa bir şey deyil. Özünün yazdığı kimi: “Qısası, mənim attestatım olmayıb. O vaxtlar ona kamal attestatı deyərdilər. Sahib olmadığım üçün onu alandan sonra adamın nə qədər kamallı olduğunu demək mənim üçün çətindir. 19 yaşında o vaxt Puşkin rayonu adlandırılan indiki Biləsuvarda müəllim işləyəndə də, diplomum olsa belə, attestatım olmadığından özümü kamallı saymırdım“. Diqqət edin, düşünürəm ki, bu zavallı “dilçi” dilinə nəhayət düz bir şey gətirib. Yəni bunun Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevlə şəxsi ədavəti, düşmənçiliyi, Kamal müəllimin uğurlarına paxıllığı məhz ömrü boyu kamilləşməsinə mane olan kamal attestatının olmamasıdır. Bax, gördünüzmü əziz oxucular, əvvəlki yazılarımda Həbibin manyak düşüncəyə malik olmasını qeyd etmişdim. Bunu isə özü yazılarında aşkarladı. Yəni kamal adına Həbibdə 19 yaşından allergiya yaranıb.

Yazılarında özünü dilçi alim kimi təbliğ etməyə çalışan dilçinin Azərbaycan dilimizi nə qədər mükəmməl bilməsi paylaşımlarından aşikar görünür.

Digər tərəfdən bu dilçidə başqa problemlərin də olması yəqin mənim yazılarımı oxuduqdan sonra bəlli olacaq. Şərəf, ləyaqət, vicdan kimi mühüm məsələləri Həbib barəsində olan mövzuya qatmasam, daha yaxşı olar. Yəni kamal attestatını ala bilmədiyindən kamilləşə bilməyən “yarımçığa” (bu ifadə Həbibin özünə məxsusdur-F.İ.) biz indi nə ləyaqət, nə də şərəf öyrədə bilərik. Məsələn, şərəf və ləyaqəti olan bir vücud öz iki tanıdığı alim yoldaşı ilə mənimlə söhbətə gəlir, danışıqlar zamanı “mən Kamal Abdullayevin səsini yazmamışam, qorxuduram”,-deməsi bir daha mənə və cəmiyyətə bu başabəla alimin şərəfi haqqında düşünməyə əsas verir. Bu azmış kimi, adımdan öz sosial hesabında guya mənim onunla söhbət zamanı kimlərinsə adını çəkdiyimi və onun bu danışıqları yazdığını bildirir. Buyurun, çıxarın ortaya həmin danışığı, çıxarmayanın ləyaqətini saxladığım alabay cinsindən olan itim zad eləsin. Belə riyakar, çirkin əməllərinə görə işlədiyi AMEA Dilçilik İnstitutundan ikinci dəfə qovulan “dilçi” alimin daxilindəki paxıllıq, kin-küdurət sonda onu Leninqraddakı tələbə yoldaşları olan “rus xalalarının” yanına aparacağına şübhəmiz qalmır. 2015-ci ildə tələbə yoldaşları ilə paylaşdığı şəkil və videolarda Həbib Zərbəliyevin içki, qadın düşkünü olduğu tam aydın görünür.

H.Zərbəliyevin həyat tərzi, sərsəm düşüncələri, insanlara qarşı nifrəti məhz onun uşaq vaxtı mindiyi eşşəkdən yıxılması sayəsində formalaşıb. Yəni bu adam zədəlidir. Əgər arzuladığı ata çatıb minsəydi, onun üçün daha fəlakətli hadisələrin baş verəcəyinin də şahidi ola bilərdik. Atdan yıxılmaq ömürlük şikəstliyə səbəb ola bilərdi. İndi siz deyin, belə intriqabazların atdan yıxılması daha məqbul sayılmazdımı?

Daha ətraflı qarşıdakı yazılarımızda

Füzuli İsmayılov

Share