İlham Əliyev bu dəfə də yekdilliklə xalqın səsini qazanacaqdır
19.01.2024
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkə həyatının bütün istiqamətlərində, o cümlədən siyasi-hüquqi sahədə köklü islahatların aparılmasını mümkün etmişdir.
Ötən dövr ərzində Azərbaycan Respublikasının seçki sistemi müxtəlif mərhələlərdən keçərək inkişaf etmiş, konstitusiya təminatları da daxil olmaqla, qanunvericilik və təcrübə baxımından təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin (referendumların) təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlmiş, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsli yetişmişdir. Prezident seçkiləri də məhz belə şəraitdə keçirilmiş, xalqın iradəsini dolğunluqla əks etdirmişdir. Seçki prosesində bilavasitə iştirak etmiş maraqlı tərəflər, seçkilərin bütün mərhələlərini diqqətlə izləmiş yerli və xarici müşahidəçilər bu faktı təsdiq etmişlər.
Bu proses indi də təkrarlanacaq. Xalqın güvənini tam əminliklə qazanmış İlham Əliyev artıq dünya liderləri sırasında sözünü deyən, etibar qazanmış liderdir.
Prezidentliyə namizədlərdən biri – fəaliyyətdə olan Prezident İlham Əliyev əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də yekdilliklə xalqın səsini qazanacaqdır.
Arif Binnətov,
AZMİU-nun tikinti-iqtisad fakültəsinin dekan müavini











