“ŞİZİK” HAQQINDA BALLADA – YAXUD HƏBİB ZƏRBƏLİYEV İNDİ NƏ DÜŞÜNÜR?!
19.01.2024Cəmiyyət insanların davranışı, əxlaqı və biri-birinə olan münasibətlərin təzahürü ilə fərqləndirici, yaxşı hallarda qəlb oxşayır. Bəzən yaşadığımız cəmiyyətdə gül-çiçəklə bərabər qanqalların da olması heç də cəmiyyətin korlanması, yaşam üçün münbit şəraitin yoxluğu deyil. Bu qanqalların olması gül-çiçəyi sevdirmək üçün daha faydalır. Yəni insan var ki, cəmiyyətdə naqis əməlləriylə qanqal qədər də fayda verə bilmir. Belə faydasızlığından əzab çəkir, mozaxist düşüncələrə qapılır, ambisiyalarının qurbanına, ətrafında onu idarə edənlərinsə, ruslar demişkən, “çurbanına” çevrilir. El arasında deyirlər ki, it hürər karvan keçər. Amma indi elə itlər var ki, onlar hürməklə kifayətlənmir. Diş atır, quduzluq yaradırlar. Bu quduzlaşmış itləri öldürəndə dərhal heyvan sevərlər etiaz edir, bu itlərə sahib çıxırlar.
Fikrimdən aydın oldu ki, cəmiyyətdə daima özünü tanıtmaq üçün çalışan yararsızlar və ziyanvericilər barəsində danışırıq. Əslində belə sərsəm düşüncələri ilə hamının xoş əhvalını korlamağa meylli, vücud şəklində insanlara özünü faydalı əmsal kimi sırımağa çalışan və cəmiyyətin sevilən, hörmət qoyulan ziyalı təbəqəsinin arasına soxularaq Elza Seyidcahanın təbirincə desək, hürən üzvlər müasir cəmiyyətin qanqalları deyil, sadəcə üfunət iyi verən çirkablarıdır.

Görəsən iki ildən artıq Azərbaycanın tanınmış təhsil ocağı barədə hədyanlar yazan, yazdıqlarını heç özü də dərk etməyən bir şəxsə ziyalı demək olarmı? Olarsa, buyurun fikirlərimə şərhlərinizi verin ki, “bəlkə mən düz eləmirəm”, başqa hansı formada edim ki, onun xoşuna gəlsin?
Sosial şəbəkələrin bolluğu anarxistlər üçün geniş məkana çevrilib. Cəmiyyətdə pozuculuq, xaos belə sərsəm düşüncəli insanların əlində alətə çevrilib. Başqalarını deyə bilmərəm, şəxsən özüm tanıdığım üçün deyirəm, feysbuk sosial şəbəkəsində bir neçə profili ilə ölkə ziyalıları arasında kifayət qədər nüfuza malik insanları təhqir və tənqid atəşinə tutan indoneziyaşünas kimi cəmiyyətə soxulan hoqqabaz professor Həbib Zərbəliyev sadaladıqlarımdan deyil, çünki Həbib Zərbəliyev bunlara da sığmır.İşlədiyi yerlərdə daima kollektivdə intriqabazlıq, xaos yaratmağa çalışan, əxlaqi cəhətdən geri zəkalı birisi kimi artıq tanınan bu “ziyalı”, professor əsl həqiqətdə tam korlanıb. Onu belə kim korlayıb, necə korlayıb özü bilər, ancaq əsassız yerə təhqir və tənqid etdiyi böyük təhsil ocağında –Azərbayca Dillər Universitetində özünün döğma qızı mərkəz rəhbəri kimi çalışır. Yəni, orada baş verənlər, Həbib Zərbəliyevin təbirincə desək, nöqsanların iştirakçılarından biri də öz qızıdır. Bu əxlaqi düşüncəyə malik vücuddan soruşmaq yerinə düşər ki, ay əbləh, niyə bu təhsil ocağında işlədiyin illər ərzində belə yazılar yazmırdın, kollektiv həmin kollektiv, rektor həmin rektor. İndi dəyişən nədir? Yaldan tez-tez yazırsan, anlaşıldı, yəqin yalın kəsilib! Bunu əvvəlki yazılarımda qeyd etmişdim. Çifayda. Qanmadın.
Bildirim ki, hər iki tərəfi dinləmişəm, hətta görüşümüzdə hər iki tərəfin hörmətlə yanaşdığı ziyalılar, ölkənin tanınmış dilçi alimləri, professorlar iştirak edib, faktlar əsassız olduğundan Həbib Zərbəliyev səhvlərini başa düşərək üzərində çalışacağına söz verib, özünü islah edib cəmiyyətin ziyalı təbəqəsinə qoşulacağına vəd verib. Qarşı tərəf Həbibin səmimi olacağına inanmasa da, onun dediklərinə bizə münasibətdə hörmətlə yanaşacağına söz verib. Amma neyləmək olar ki, Həbib öhdəlik götürdüklərinin əlindən qopa bilmir. Şizofreniyadan əziyyət çəkən şəxslər kimi. Belə düşünürəm ki, bu şəxsi diqqətlə müayinə etmək yerinə düşər. Bəlkə həkimlərin ona faydası dəydi. Əks halda dünən bir alimdən, bu gün bir dövlət məmurundan, sabah ölkə rəhbərindən cər-cəfəgiyyatlar yazmağa vərdiş alan professor haqqında biz “Şizik” balladasını yazmağa məcbur qalacağıq.
Davamından Allah qorusun!
Füzuli Əfqanoğlu











