SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ MƏRKƏZİ GÖMRÜK EKSPERTİZASI İDARƏSİNDƏ TƏŞKİL OLUNUB

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ MƏRKƏZİ GÖMRÜK EKSPERTİZASI İDARƏSİNDƏ TƏŞKİL OLUNUB

03.03.2023 Off By Füzuli İsmayılov

Mərkəzi Gömrük Ekspertizası İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Hakimiyyet.info.az-a bildirilib ki, 50-dək sahibkarın və gömrük təmsilçisinin qatıldığı tədbir gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması, əlçatanlığın təmin olunması, gömrük sistemində tətbiq edilən, eyni zamanda gələcəkdə reallaşdırılacaq yeniliklərlə bağlı sahibkarların   məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı məlumat verilib, həmçinin sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə şərait yaradan “Məcburi qərarlar” layihəsi ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mehriban İsmayılzadə,

“HAKİMİYYƏT” qəzeti

Share