Azərbaycan nefti cüzi ucuzlaşıb
19.03.2022Hakimiyyet.info.az xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 111,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 113,28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır./Trend











