Quba Rayon İcra Hakimiyyəti Başçısı Ziyəddin Əliyev barəsində Dövlət Başçısına MÜRACİƏT!
04.03.2021 Hörmətli Prezidentimiz!
Bu order Quba Rayon İcra Hakimiyyəti tərəfindən 1992-ci ilin mayında mənə təqdim olunmuşdur. Həmin order təyinatla gənc mütəxəssis kimi Qubaya göndərildiyimə və burada 30 il müəllim kimi çalışdığıma görə, güzəştli növbə əsasında mənə verilmişdir . Təsadüf də olsa, Qarabağın işğalı ilə eyni tarixə təsadüf edir. Sayənizdə Müzəffər Ordumuz Sizin Komandanlığınız altında Qarabağın 30 illik işğalına son qoyaraq torpağlarımızı geri qaytarmaqla ədalətin bərpa olunmasına nail oldu.
Quba şəhəri H.Əliyev prosrektinin sonunda inşa edilmiş binada 1992-ci ilin mayın 5-də Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mənə bu order təqdim olunmuşdur. İllər sonra, rayonun indiki İcra Başçısı tərəfindən sözün əsl mənasında bu binanın sakinləri soyqırıma məruz qalaraq rayonun indiki Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ermənilərin Kəlbəcər və Laçını tərk edərkən dağıtdıqları binalara bənzər amansızlıqla dağıdılaraq yerində uşaq bağçası tikilmişdir. Bizə verilən mənzillər hüquqlarımız tapdalanaraq göyə uçurulmuşdur.
Cənab Prezident ! Sizin gərgin əməyiniz və səyiniz sayəsində qazanılmış nailiyyətlərə kölgə salmağa çalışan bəzi icra başçıları haqqında ciddi tədbir görülməsi məqamı artıq yetişib.
Bütün bunları nəzərə alıb Sizdən xahiş edirəm Quba Rayon İcra Hakimiyyəti Başçısı Ziyəddin Əliyev barəsində ciddi tədbir görməklə yanaşı konstitutsion hüquqlarımın bərpa olunmasında mənə və ailəmə yardımçı olmaqla 30 illik haqsızlığa son qoyulması barədə sərəncam verəsiniz.
Qabaqcadan Sizə dərin minnətdarlığımı bildirirəm !
Dadaşov İbad Əhəd oğlu
Quba şəhəri,

Mənzillə təmin olunmağım barədə Azərbaycan KP MK-ya 22.05.1991-ci ildə ünvanladığım şikayətimə 03.06.1991-ci il tarixli 1180 / 18 nömrəli cavabı sizə təqdim edirəm
Azərbaycan KP Quba Rayon Komitəsinə
Surəti -Quba şəhəri,Q.İsmayılov küçəsi 45 nömrəli
ünvanda yaşayan Dadaşov İbad Əhəd oğluna.
İ.Dadaşovun ərizəsi komissiya vasitəsilə yerində yoxlanılmışdır.
Məlum olmuşdur ki,İ.Dadaşov 4 nəfər ailə tərkibi ilə qaynanasına məxsus mənzildə yaşayır.Rayon XDS İK-nin qərarı ilə İ.Dadaşov güzəştli şərtlərlə mənzil almaq üçün növbəyə dayanmışdır. Növbə nömrəsi 3-dür.
İ.Dadaşovun tələbi tikilməkdə olan mənzil bölüşdürüldükdə nəzərə alınacaqdır.
Quba Rayon XDS İK-nin sədr müavini-imza-E.Q.Orucova
P.S. Redaksiya tərəfindən vətəndaş İbad Dadaşovun Quba Rayon İcra Hakimiyyəti Başçısı Ziyəddin Əliyev tərəfindən pozulmuş mənzil hüquqları araşdırılaraq müdafiə olunacaq və bu məsələ ictimailəşdirilərək dövlət orqanlarının diqqətinə çatdırılacaqdır.
Füzuli Əfqanoğlu,
“Hakimiyyət” qəzeti











