Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

03.03.2021 Off By Füzuli İsmayılov

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.

Türkiyənin “Habertürk” agentliyinə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mübariz Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.

Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, – prokurorluğun tələbində deyilir.

Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.

“Hakimiyyet.com”

Share