buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindəndaha 3 il azad olacaq
09.02.2021Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasının müddətini daha 3 il artırılmasının səbəbi məlum olub.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı açıqlanan arayışda əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.
Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə – 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olacaq.
“Hakimiyyet.com”











