SON DƏQİQƏ: Qarabağda hərbçilərimiz MİNAYA DÜŞDÜ
09.02.2021Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
“Hakimiyyet.com” xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib. “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.











