AZƏRBAYCAN- RUSİYA KEÇİD MƏNTƏQƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

AZƏRBAYCAN- RUSİYA KEÇİD MƏNTƏQƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

01.02.2021 Off By Füzuli İsmayılov

Əməkdaşlarımız bildirir ki, hazırda Azərbaycanla Rusiya sərhədində-Yalama keçid məntəqəsində Azərbaycandan Rusiyaya yük aparan 1200 yük avtomobili 5 gündür ki, buraxılış məntəqəsinin yanındakı dayanacaqda Rusiya tərəfə keçməyi gözləyirlər. Rəsmilər bunun hansı səbəbdən olduğunu açıqlamaqdan boyun qaçırır.

Bəzi mənbələrdən alınan məlumata əsasən bunun Rusiya Gömrük Məntəqəsi tərəfindən qəsdən yubadılması bildirilir. Ancaq bizim gömrükçülər rəsmi olaraq heç bir məlumat vermirlər. Yük maşınlarında əsasən tez xarab ola bilən meyvə-tərəvəz məhsullarıdır ki, bu da, elə yoldaca yubadılmaların hesabına xarab olur. Hazırda əməkdaşlarımız sərhəd-keçid məntəqəsində rəsmilərin məlumatını öyrənməyə çalışırlar.

 

Hakimiyyet.info.az

Share