AŞPA-da azərbaycanlı deputatdan erməniyə irad: “Şuşi yox Şuşa”
28.01.2021Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.
Bu barədə “Report”un Fransa bürosu xəbər verir. K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox, Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”. Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib: “Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, – deputat bildirib.
“Hakimiyyet.com”











