Rusiyanın Su-57-ləri Azərbaycan YAXINLIĞINDA

Rusiyanın Su-57-ləri Azərbaycan YAXINLIĞINDA

22.01.2021 Off By Füzuli İsmayılov

Kütləvi istehsalı dayandırılan ilk “Su-57” ötən il dekabrın 25-də təhvil verildi. Qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmadı.

“Hakimiyyet.com” xəbər verir ki, ABŞ “F-35”-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya “Su-57”-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd “Su-57” döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd “Su-57”-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi./teleqraf.com/

Share