Zaur Əmiraslanova vəzifə verilib
04.02.2020Əməkdar artist Zaur Əmiraslanova vəzifə verilib.
Day.Az axşam.az-a istinadən bildirir ki, o, Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyasının rəhbəri təyin edilib.
Sənətçi bu vəzifəyə AzTV-nin rəhbəri Rövşən Məmmədovun müvafiq əmri ilə təyin olunub.
Z.Əmiraslanov artıq ötən gün yeni rəhbər kimi kollektivə təqdim edilib.









